“Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kub metr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə də Azərbaycan Avropaya 12.0 milyard kub metr qaz ixrac etmək imkanına malik ola bilirdi”.
Banco.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. 2022-ci ildə qaz hasilatının 46,7 milyard kubmetr olduğunu qeyd edən millət vəkili vurğulayıb ki, 2023-cü ildə hasilatın 48.7 milyard kub metr olacağı gözlənilir.
“ Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin. 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kub metr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb. İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur. Şahdəniz-2, Abşeron və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Bu isə o deməkdir, mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir”.
Millət vəkilinin açıqlamasına görə, 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kub metr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək:
“Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhvə verməyə imkan verir”,- sitatın sonu.
Bizi sosial şəbəkələrdən izləyin!!