Azərbaycan ailəsi yeni il süfrəsinə nə qədər xərcləyir? | Banco.az

Azərbaycan ailəsi yeni il süfrəsinə nə qədər xərcləyir?

Bayram dedikdə ağıla qohumların bir araya gəldiyi, küsülülərin barışdığı xoş günlər gəlir. Növbənöv təamlar isə Yeni il gecəsinin olmazsa olmazlarındandır. 

Bəs, hər kəsin günlər öncədən hazırlaşdığı gecəyə nə qədər pul xərclənir?

Əksər kütlənin kiçik və orta boy məhsullara üstünlük verdiyini nəzərə alaraq bayramda istifadə edilən bir çox məhsulun müxtəlif marketlərdə olan qiymət aralığını sizə təqdim edirik: 

  • Tomat – 2-3 AZN
  • Acı bibər əzməsi – 5-6 AZN
  • Uzun düyü – 3.65-8 AZN
  • Qarğıdalı yağı litrindən asılı olaraq –  3.93-8 AZN (1-2 litr üçün)
  • Böyük qabda duru yağ – 12-15 AZN
  • Xörək duzu – 2.55 AZN
  • Şəkər tozu – 1.60-3 AZN
  • Toyuq ətindən qıyma – 1.49-2 AZN
  • Tamlı ciyər 1 kq üçün – 2.99-4 AZN
  • Mayonez 900 ml – 3.40-4AZN
  • Yaşıl noxud 680 qr – 1.75-4 AZN
  • Xiyar turşusu – 1.54-3AZN
  • Un – 1.40-3 AZN
  • Qarabaşaq – 1.50-2 AZN
  • Ketçup – 1.40-2.06
  • Dondurulmuş kənd toyuğu – 2.99-5 AZN
  • Nar 1kq – 0.99-2AZN
  • Portağal – 1.95-3AZN
  • Alma – 1-3 AZN
  • Kartof 1 kq – 0.75-1 AZN
  • Soğan 1 kq – 0.50-1 AZN
  • Çay – 4.45-5.00 AZN
  • Zeytun yağı – 19-22 AZN (2 l üçün) 
  • Toyuq qanadı 1 kq – 4.59-6 AZN
  • Sosis 1 kq – 4.00-10.00 AZN
  • Kolbasa 310 qr – 5.00-8.00 AZN
  • Meyvə suları – 1.00-2.00 AZN
  • Qoşa toyuq qabda donmuş halda – 3-5 AZN
  • Xama 175 qr – 1-2 AZN
  • Dana əti 1 kq – 12.90 AZN
  • Hindi 1 kq – 7.40 AZN
  • Qırmızı şərab (Savalan) – növündən asılı olaraq 10-20 AZN
  • Viski – Chivas Regal. 12 illik – 48 AZN
  • Şampan şərabı – 12 AZN

Qeyd edək ki, bu qiymətlər müxtəlif super marketlərdən əldə edilən ortaq qiymət aralığıdır. Yarmarkalardan isə müəyyən qida məhsullarını nisbətən ucuz qiymətə əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Adam sayından asılı olaraq bir yeməyi hazırlamaq üçün hər bir məhsuldan 2-3 ədəd lazım ola bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 12 nəfərlik bayram süfrəsi açmaq istəsəniz minimum yemək sayına görə (2 xörək, bir növ salat, əlavə süfrə üçün gərək duyulan ehtiyaclar) 150-200 manatlıq alış-veriş etməlisiniz. 

Xoş günlər arzusu ilə bayramınız mübarək.

Həmçinin oxu: Yeni il alış-verişində nələrə diqqət etməliyik? - 5 qızıl məsləhət

1lady.az

Ən sərfəli krediti almaq üçün müraciət et