Azərbaycan "Aİ-98" markalı benzinin idxalını kəskin azaldıb | Banco.az

Azərbaycan "Aİ-98" markalı benzinin idxalını kəskin azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 292,62 min ABŞ dolları dəyərində 267,29 ton "Aİ-98" ("Super") markalı benzin idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, illik müqayisədə idxal olunan benzinin 3,6 dəfə, dəyəri isə 2,6 dəfə azalıb.

Xatırladaq ki, ötən il Azərbaycana 2,395 mln. ABŞ dolları dəyərində 2 684,79 ton "Aİ-98" ("Super") markalı benzin idxal edilib. İllik müqayisədə idxal olunan benzinin həcmi 1,1%, dəyəri isə 14,2% artıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram