Azərbaycan ABŞ-yə 7 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib | Banco.az

Azərbaycan ABŞ-yə 7 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanın ABŞ-yə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 1 milyon 414 min dollar və ya 26,2% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ABŞ-yə qeyri-neft ixracının dəyəri 6 milyon 810 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 5 milyon 396 min dollar olub. 

Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram