Azərbaycan 922 mln. dollarlıq yeyinti məhsulları idxal edib | Banco.az

Azərbaycan 922 mln. dollarlıq yeyinti məhsulları idxal edib

Azərbaycana bu ilin yanvar-may aylarında 921 milyon 969 min dollarlıq yeyinti məhsulları idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 46 milyon 902 min dollar artıb.

Məlumata görə, ötən ilin eyni dövründə idxal edilən yeyinti məhsullarının dəyəri 875,1 milyon dollar olub.

Əlavə edək ki, cari ilin 5 aylıq dövründə idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 13,48% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et