Azərbaycan 9 ayda xalis maliyyə aktivlərini 4,5 milyard dollar artırıb | Banco.az

Azərbaycan 9 ayda xalis maliyyə aktivlərini 4,5 milyard dollar artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 4 milyard 479 milyon ABŞ dolları artıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 89 milyon ABŞ dolları və ya 3,2 dəfə çoxdur. Belə ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivləri 1 milyard 390 milyon ABŞ dolları artmışdı.

Qeyd edək ki, cari ildə artım xaricə yönəldilmiş birbaşa investisiyaların 922,7 milyon ABŞ dolları artması (illik 58% çox), portfel investisiyalarının 1 334,4 milyon ABŞ dolları artması (illik 84,2% çox), digər investisiyaların isə 2 milyard 222,2 milyon ABŞ dolları artması (illik 26.97 dəfə çox) hesabına formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram