Azərbaycan 9 ayda 5 mlrd. dollara yaxın birbaşa xarici investisiya cəlb edib | Banco.az

Azərbaycan 9 ayda 5 mlrd. dollara yaxın birbaşa xarici investisiya cəlb edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa investisiyalar 4 milyard 736 milyon 63 min ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.7% və ya 213 milyon 485 ABŞ dolları çoxdur.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 522 milyon 578 min ABŞ dolları təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 2 milyard 38 milyon 685 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 47,7% və ya 658 milyon 90 ABŞ dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram