Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında 139 milyon 524 min dollar dəyərində 116 min 935 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 12,4% və ya 15 milyon 358 min dollar, həcm baxımından isə 5,2 min ton və ya 4,5% çoxdur.
Qeyd edək ki, ötən 7 ayda pomidorun ümumi ixracda xüsusi çəkisi 0,87%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 7,44%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!