Azərbaycan 612 mln. dollarlıq avtomobil idxal edib | Banco.az

Azərbaycan 612 mln. dollarlıq avtomobil idxal edib

Müəllif - Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 40 264 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Ölkəyə gətirilən avtomobillərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisdə 11 583 ədəd artıb. Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 5 ayda avtomobil idxalına çəkilən xərc də illik müqayisədə 65,6% artıb. Belə ki, hesabat dövründə idxal edilən avtomobillərin dəyəri 611 milyon 967 min dollar olub. 

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycana 369,5 milyon dollarlıq 28 681 ədəd avtomobil idxal edilib.