Azərbaycan 4 ayda ən çox bu ölkəyə məhsul göndərib | Banco.az

Azərbaycan 4 ayda ən çox bu ölkəyə məhsul göndərib

Cari ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 4 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 12,2 milyon dollar, İsrailə isə 310,7 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 553,9 milyon dollar, Türkiyə ilə 1 milyard 515,3 milyon dollar, Rusiya ilə 804 milyon dollar təşkil edib.

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et