Azərbaycan 2022-ci ildə neft hasilatını artıracaq | Banco.az

Azərbaycan 2022-ci ildə neft hasilatını artıracaq

2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 2021-ci illə müqayisədə 400 min barel çox olacaq.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) "Short-Therm Energy Outlook" iyul hesabatına istinadən məlumat verilir.

Hesabata əsasən, 2022-ci ildə Azərbaycanda orta sutkalıq neft hasilatı 760 min barel/sutka səviyyəsində olacaq.

Qeyd edək ki, iyun ayında Azərbaycanda neft hasilatı (kondensat da daxil olmaqla) 705,1 min barel/sutka təşkil edib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram