Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını artıracaq | Banco.az

Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını artıracaq

2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilat; 767,5 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 2,1% çoxdur.

"Fitch Solutions" şirkətindən verilən məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 777,7 min barel təşkil edəcəyi gözlənilir. Şirkətin analitikləri proqnozun artmasını "OPEC+"un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) gündəlik neft hasilatını tədricən artırması gözləntisi ilə əsaslandırır.

Uzunmüddətli proqnoza gəldikdə, 2023-cü ildə neft və digər maye karbohidrogenlər hasilatının 781,6 min barelə qədər çatacağı güman edilir.

Qeyd edək ki, "Fitch Solutions" Azərbaycanın 2020-ci ildə gündəlik neft və digər maye karbohidrogenlər hasilatının 752 min barel səviyyəsində olduğunu bildirir.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcəyini proqnozlaşdırır. Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 800 min barel təşkil edəcək. Bu, martda verilən proqnozla müqayisədə 20 min barel azdır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et