“Azerbaijan Woman Awards” mərasiminin tarixi bəlli oldu | Banco.az

“Azerbaijan Woman Awards” mərasiminin tarixi bəlli oldu

Böyük maraqla gözlənilən “Azerbaijan Woman Awards” layihəsi fəaliyyətlərində uğurlar qazanmış, gördüyü işlərlə cəmiyyətə öz töhfəsini verən istedadlı və müvəffəqiyyətli xanımları fərqləndirmək məqsədi daşıyır. Beynelxalq Qadınlar günü münasibəti ilə təşkil olunacaq layihə 13 mart tarixində “JW Marriott Absheron” baş tutacaq.

Ölkəmiz üçün bir ilk olan  “Azerbaijan Woman Awards” qısa müddət ərzində müxtəlif sahələrdə çalışan xanımların böyük diqqətinə səbəb olaraq onların rəğbətini qazanıb.

“Reputation” biznes platforması və beynəlxalq “Business Woman” jurnalının rəsmi tərəfdaşlığı ilə paytaxtımızda ilk dəfə keçiriləcək Azerbaijan Woman Awards mükafatı incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq, elm və digər sahələrdə uğurlu nəticələr qazanmış xanımlara təqdim olunacaq. Layihənin təsisçisi Aqil Məmiyev, direktoru isə Pərviz Əzimzadədir. Azerbaijan Woman Awards-ın icraçı direktoru Sirac Bəyəlizadə, layihənin PR direktoru isə Vüqar Səfərlidir. 

Qeyd edək ki, Banco.az layihənin media tərəfdaşıdır. 

Azerbaijan Woman Awards-da olan tanınmış namizədlərin bəzilərini sizin diqqətinizə çatdırırıq:

Təranə Muradova - Azərbaycan Respublikasının xalq artisti

Fəxriyyə Xələfova - rəssam-modelyer, əməkdar incəsənət xadimi

Aytən Mirzoyeva - Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti

Sona Əliyeva - ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı

Zəhra Bədəlbəyli - şairə, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gülnarə Xəlilova - modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri.

Aydan Salahova – Tanınmış rəssam, heykəltəraş, Rusiyada ilk müasir incəsənət qalereyalarından biri olan “Aydan Gallery”-nin yaradıcısı

Əminə Məlikova - “İçərişəhər” Muzey Mərkəzinin direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Günay Zebic - rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Şirin Məlikova - Azərbaycan Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi

Hökümə Kərimova - YARAT Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru, YARAT Friends Müasir İncəsənət İcmasının rəhbəri

Nigar Abbasbəyli - “Bee Goddes”s brendinin sahibi

Turan Manafzadə - Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu

Gülmira Rzayeva - Energetik tətqiqatlar üzrə ekspert, Oksford Enerji Araşdırmaları İnstitutunun tədqiqatçısı

Oksana Rəsulova - Aktrisa, Oksi Media -nın rəhbəri

Günay Muradi - Xoreoqraf, Dövlət Təhlükəsizlik Xidmətinin uşaq rəqs ansamblının bədii rəhbəri

Esli Dilbazi - şairə,  Azərbaycan Yazıçılar Birliyinin üzvü

İlahə Hacıyeva - Nevroloq, “CP Akademiya”sının rəhbəri

Aysel Əzizova - Rəssam, dəb dizayneri

Könül Ağamirova - tanınmış plastik estetik cərrah

Lalə Akkiraz - İnteryer-dizayner

Səidə Fətullazadə - “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı departamentinin rəhbəri

Cəlalə Xəlilova - "Best Tour" şorkətinin təsisçisi və rəhbəri, Dubay şəhərində yerləşən "Top Destinations Travel" şirkətinin direktoru

Günay Kazımzadə - "Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, süni İntellekt üzrə tədqiqatçı

Günel Fərzəliyeva - “Kapital Bank”ın Marketinq departamentinin direktoru

Nigar Əliyeva - "GİD" CSR Consulting şirkətinin təsisçisi

Ülkər Qasımova - News24.az saytının baş redaktoru

Sevinc Nəsirova - Beynəlxalq maliyyə məsləhətçisi

Nərgiz Abbasova - “Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri

Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi

Turan Sadiqi - “İtaliyadakı Azərbaycan İcması” təşkilatının rəhbəri

Səbinə Pərvizi - “Bloom Group” şirkətinin təsisçisi

Madonna Əlixanova - CHELEBI Furniture & Décor şirkətinin kreativ direktoru

 

Nərgiz Əliyeva - Psixoloq, yaşam kouçu

 

Nərminə Məmmədova – Türkiyədə “BRR Ltd” şirkətinin rəhbəri

 

Aytən Səfərova - həkim-ginekoloq, “Aytən Sonsuzluq Mərkəzi”nin rəhbəri

Nigar İbrahimova - tanınmış stilist-vizajist

Lalə Qurbanova - İrlandiyada informasiya texnologiyaları sahəsində “Lastel” adlı işəgötürmə şirkətininin rəhbəri

Leyla Ələkbərova - Diyetoloq

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram