“Azəralüminium”dan 18 milyon manatlıq gil-torpaq müqaviləsi | Banco.az

“Azəralüminium”dan 18 milyon manatlıq gil-torpaq müqaviləsi

“Alco Enterprises Ltd” “Azəralüminium”a  10,7 mln. dollar məbləğində giltorpaq tədarük edəcək

“Azəralüminium” MMC gil-torpaq alışına 18 milyon manata yaxın vəsait yönəldəcək.

“Azəralüminium” müvafiq tenderin qalibi olan Böyük Brityaniyanın "Alco Enterprises Ltd" şirkəti ilə müvafiq müqavilə imzalayıb. 

Müqavilənin məbləği 18 milyon 154 min manatdır (cari məzənnə ilə 10 milyon 679 min dollar).

“Azəralüminium” MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansındadır. 

© İnterfaks-Azərbaycan