Azər Türk Bankın aktivləri artmışdır | Banco.az

Azər Türk Bankın aktivləri artmışdır

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2022-ci il tarixinə aktivləri 844,2 milyon manat səviyyəsində olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 130% çoxdur.

Bankın kredit portfelinin həcmi 297,6 milyon manat təşkil etmişdir. Depozit portfeli 266 milyon manat olmuşdur.

Azər Türk Bank ilin doqquz ayını 3 milyon manatdan artıq xalis mənfəətlə başa vurmuşdur.

Məcmu kapital 55,8 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Banka aid aktiv ödəniş kartlarının sayı 88% artmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et