Müəllif: Gülnar Əhmədli Banco.az
2023-cü ildə Azər Türk Bankın xalis mənfəəti 14 milyon 41 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 3,1 milyon manat və ya 27,4% çoxdur.
Ətraflı: Azər Türk Bank ötən ili uğurla başa vurub
Bu ilin yanvarın 1-i tarixinə bankın aktivlərinin həcmi isə 995 milyon 536 min manat təşkil edib. Bu da illik müqayisədə 3,1% çoxdur.
Belə ki, 2022-ci ildə Bankın aktivlərinin həcmi 965 milyon 157 min manata bərabər olub.
Hesabat dövründə bankın kredit portfeli isə 447 milyon 399 min manat olub. Azər Türk Bankın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 39,1% artım göstərib.
Bankın kredit portfelinin 229 milyon 304 min manatını istehlak kreditləri, 47 milyon 305 min manatını biznes kreditləri, 170 milyon 790 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib.
Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 484 milyon 586 min manat təşkil edib. Depozit porfeli ötən ilin eyni dövrü ilə müqayisədə 25,9% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!