Azər Türk Bankdan xanım startapçılara dəstək! | Banco.az

Azər Türk Bankdan xanım startapçılara dəstək!

Ölkədə ilk dəfə qadınlar arasında keçirilən “Global Startup Weekend Women” (“GSWW 2018”) startap yarışması başa çatdı.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bankın baş sponsorluğu ilə həyata keçirilən bu tədbirdə iştirak üçün 50-dən çox müraciət qəbul olunmuş və 11 komanda Bakı finalında iştirak etmişdir. Yarışın şərtlərinə görə, mentorların da dəstəyi ilə, 54 saat ərzində yeni məhsul hazırlanmasının öhdəsindən müvəffəqiyyətlə gələn “TalentPort”komandası birincii yerə layiq görülüb.

Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan bu komanda martın 7-də Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə baş sponsor qismində iştirak etməkdə niyyəti gənc xanımların iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək vermək, sahibkarlıq, startap, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazanmalarına köməklik göstərmək, həmçinin dövlətimizin qender bərabərliyi siyasəti sahəsində nailiyyətlərinə kiçik bir töhfə verməkdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.