Azər Türk Bankdan güzəşt müddətli daha bir kredit kartı | Banco.az

Azər Türk Bankdan güzəşt müddətli daha bir kredit kartı

Azər Türk Bank yeni il ərəfəsində potensial müştərilərinə mövcud 65 günlük güzəşt müddətli  kredit kartından əlavə, noyabr ayının 27-dən etibarən yeni məhsulunu – 35 gün güzəşt müddətli kredit kartını təklif edir.

Qeyd edək ki, açılacaq kredit xətti üzrə tələblər Bank tərəfindən sadələşdirilmişdir ki, bu da daha çox müştərininbu yeni məhsuldan istifadə edə bilməsinə imkan verəcəkdir.

Hər iki məhsul üzrə maksimal məbləği 5000 manat təşkil edən kredit xətti rəsmi gəliri olan hər kəs üçün tək şəxsiyyət vəsiqəsi ilə açıla bilər.Həmçinin bu kartları Bankın rəsmi saytı vasitəsilə tez və rahat şəkildə sifariş vermək olar.

Ən sərfəli kredit üçün müraciət et

Milli valyutada olan kredit kartının debet qalığına illik 3% səviyyəsində faiz hesablanır və hər ayın sonuncu iş günü kart hesabına əlavə edilir.

Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et