Azər Türk Bankdan Gəncə sakinləri üçün yeni məhsul! | Banco.az

Azər Türk Bankdan Gəncə sakinləri üçün yeni məhsul!

Dövlət bankı Azər Türk Bank region filiallarının inkişafı layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən filialında depozit seyflərini müştərilərin istifadəsinə vermişdir. Qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təqdim olunan müxtəlif ölçülü seyflər bir ay və on iki ay müddətinə icarəyə verilir. Qeyd edək ki, bir illik icarə haqlarına endirim tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et