Azər Türk Bankdan əmanətlər üzrə kampaniya | Banco.az

Azər Türk Bankdan əmanətlər üzrə kampaniya

Dövlət bankı Azər Türk Bank daha bir kampaniyaya start vermişdir.

Kampaniya müddətində Banka manatla əmanət qoyan fiziki şəxslər üçün  güzəşt və hədiyyələr nəzərdə tutulub. Belə ki, daim müştəri məmnuniyyətinə önəm verən Azər Türk Bank bir qayda olaraq bütün növlər üzrə əmanət yerləşdirən müştərilərinə üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edirdisə, indi iki kart verəcəkdir. İkinci hədiyyə kart müştərinin arzusu ilə istənilən şəxsin adına və ya fərqli valyutada öz adına rəsmiləşdirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir yenilik isə əmanət qarşılığında kredit götürən şəxslərə aiddir. Yerləşdirilən əmanətlər üzrə kredit əldə etmək istəyən fiziki şəxslər üçün kredit heç bir komissiya tutulmadan rəsmiləşdiriləcək və birinci ay üzrə kreditə faiz hesablanmayacaqdır.

Kampaniya cari ilin 29 iyun tarixində bitir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz

Ən sərfəli krediti almaq üçün müraciət et