Azər Türk Bankdan 7% cashback kampaniyası | Banco.az

Azər Türk Bankdan 7% cashback kampaniyası

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində ödənişlər üzrə yeni kampaniyaya başlayır.

Belə ki, 15 may tarixindən etibarən:

  • əyləncə mərkəzlərində;
  • oyuncaq mağazalarında;
  • kitab mağazalarında;
  • kinoteatrlarda;
  • teatrlarda;
  • iTicket.az saytında;
  • restoranlarda;
  • kulinariya müəssisələrində

ATB Card debit və yeni nəsil əməkhaqqı kartları ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashback hesablanacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyanın müddəti 4 iyun daxil olmaqla həmin tarixədəkdir.

Xatırladırıq ki, cashback  ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram