Azər-Türk Bankda yeni təyinat | Banco.az

Azər-Türk Bankda yeni təyinat

Azər-Türk Bankda yeni təyinat olub!

Banco.az-a bankın mətbuat xidmətindən verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.