"Azər-Türk Bank"a mətbuat katibi təyin olunub | Banco.az

"Azər-Türk Bank"a mətbuat katibi təyin olunub

"Azər-Türk Bank" ASC-yə mətbuat katibi təyin olunub.

Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu vəzifəyə Nəsimi Cəfərli təyin edilib.

Qeyd edək ki, N.Cəfərli buna qədər Azərbaycan Həmkarlar Konfederasiyasında işləyib.

Xatırladaq ki, N. Cəfərlidən əvvəl “Azər-Türk Bank”ın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli olub. Sonradan Y. Cəfərli Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri təyin edilib.