Dövlət bankı Azər Türk Bank 10 mart 2025-ci il tarixindən etibarən Banka məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsini artırıb.
Kampaniya ərzində Bankın müştəriləri kart hesablarındakı qalığa görə illik 8% gəlir əldə edəcəklər.
Bankın atb card debit və atb yeni nəsil əməkhaqqı kartları üzrə qalıq məbləğinin 30 000 manatadək olan hissəsinə, atb card premium üzrə qalığın 100 000 manatadək olan hissəsinə faiz hesablanacaq.
Faiz gündəlik hesablanaraq hər ay müştərinin hesabına əlavə olunur.
Kampaniya 2025-ci il 31 may tarixinədək davam edəcək.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.