Azər Türk Bank yeni vakansiya elan edir! | Banco.az

Azər Türk Bank yeni vakansiya elan edir!

Azər Türk Bank Korporativ Bankçılıq Departamentinin Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis vakansiyasını elan edir.

Namizədə olan tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə)
  • Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində iş təcrübəsi arzuolunandır
  • Səlis Azərbaycan dili, yaxşı Rus və İngilis dili biliyi
  • MS Office proqramlarından istifadə bacarığı
  • Fərqli satış texnikalarını bilmək
  • Biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
  • Yüksək ünsiyyətqurma, dinləmə, təqdimat və vaxtı idarəetmə bacarıqları
  • Komanda tərkibində işləmək qabiliyyəti
  • Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq
  • Yeni bilik və təcrübələri mənimsəməyə həvəsli olmaq

Vəzifə öhdəlikləri

  • Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasında iştirak
  • Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək
  • Müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək
  • Yeni kredit məhsulu və xidmətlərinin yaradılması üzrə təkliflər vermək.

CV-lərinzi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.     

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et