“Azər-Türk Bank” göstərdiyi xidmətlərin keyfiyyətini və müştəri məmnuniyyətini artırmaq məqsədilə “3D Secure” təhlükəsizlik sisteminə qoşulmuşdur.
Bankdan daxil olmuş məlumata görə, “3D Secure” vasitəsilə “Azər-Türk Bank”ın kredit və debit kart istifadəçiləri online ödəmələrini daha da təhlükəsiz və etibarlı şəkildə yerinə yetirə biləcəklər.
“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Bank Türkiyə Respublikasının “Ziraat Bankı”, Azərbaycan Respublikasının “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, Almaniyanın “Ziraat Bank İnternational AG” və “Turan Bank” ASC tərəfindən təsis edilmişdir.
Mənbə: marja.az