​"Azər-Türk Bank": Rumiyə Məmmədova rəhbərlikdə qalır | Banco.az

​"Azər-Türk Bank": Rumiyə Məmmədova rəhbərlikdə qalır

Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Rumiyə Məmmədova "Bank Standard" QSC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilsə də, bu, onun iş yerini dəyişməsi demək deyil. Bunu "Report"a "Azər-Türk Bank"dan deyiblər.

"MŞ sədri ictimai əsaslı vəzifə olduğu üçün Rumiyə xanım həm burada, həm də orada işləyəcək. Yəni, "Azər-Türk Bank"ın İH-nə yeni üzvün seçilməsi gözlənilmir", - deyə Bankdan bildiriblər.

Xatırladaq ki, R.Məmmədova avqustun 3-də "Bank Standard"ın rəhbərliyinə gətirilib.

Ən sərfəli kredit üçün müraciət et

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

"Bank Standard" isə 1995-ci ildə "Most-Bank Azerbaijan" adı ilə fəaliyyətə başlayıb, 2002-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 75 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 75 min səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et