Azər Türk Bank 2017-ci ili mənfəətlə başa vurmuşdur
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə aktivləri 336 764 min manat səviyyəsində olmuşdur. Bankdan Banco.az-a verilən məlumata görə, bankın Kredit portfelinin həcmi 119 838 min manat təşkil etmişdir.
Ümumi gəlirlər 96 569min manat , xərclər 95 425 min manat olmuşdur. Ötən ilin son rübündə Bank 1 143 min manat həcmində mənfəət əldə etmişdir.
Məcmu kapitalın həcmi 53 186 min manat olmuşdur. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.
Ötən il ərzində Bank 180 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 75,7 milyon manatı əhalinin əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.