Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir | Banco.az

Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir

Maliyyə ehtiyaclarının ödənilməsində müştərilərə yardımçı olan dövlət bankı Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir. 

Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 100 000 manata qədərdir. Kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır. Qeyd edək ki, sahibkarlar 20 min manatadək olan krediti sadəcə fərdi zaminlik əsasında əldə edə bilərlər.

Kiçik və orta biznes krediti almaq istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda əməkhaqqı kartları, biznes kartı, sahibkar kartını pulsuz əldə edə biləcək, ATB Business internet - bankçılıq sisteminə daxil olmaqla 100 manat məbləğində bonus qazanacaq, cash-back loyallıq proqramından faydalanacaqlar.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et