Azər Türk Bank iri biznes üçün sərfəli kredit təklif etməkdədir | Banco.az

Azər Türk Bank iri biznes üçün sərfəli kredit təklif etməkdədir

Azər Türk Bank iri sahibkarlıq subyektlərinə biznesin inkişafı, investisiya qoyuluşu və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə bank və ya dövlət fondları hesabına kredit təklifini davam etdirir.

Ümumi müddəti 10 ilədək nəzərdə tutulmuş iri biznes kreditlərinin məbləği 100,000 manatdan 10,000,000 manata qədərdir. Təminatı fərdi qaydada, razılaşma yolu ilə müəyyən edilən, 60 ayadək güzəşt müddətli bu kreditlərin illik faizi dərəcəsi 5%-dən başlayır.

Kredit əldə etmək istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola, yüksək səviyyəli xidmətlərdən və bir çox imkanlardan faydalana bilərlər.

Qeyd edək ki, Azər Türk Bankda onlayn qaydada hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda, bir çox üstünlüklərə malik əməkhaqqı kartları, biznes və sahibkar kartlarını pulsuz əldə edə bilirlər. Həmçinin korporativ müştərilər ATB Business internet-bankçılıq sisteminə daxil olmaqla hədiyyə bonuslar qazanacaq, Cash-back loyallıq proqramından və güzəştli tariflərdən faydalanacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et