Azər Türk Bank-ın mənfəəti 4,5 dəfə artıb | Banco.az

Azər Türk Bank-ın mənfəəti 4,5 dəfə artıb

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq, 351,9  milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 165,4 milyon manat təşkil etmişdir.

Ümumi gəlirlər 16% yüksələrək, 23,7 milyon manat səviyyəsində olmuşdur. Üçüncü rübdə Bank 671,5 min manat xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 4,5 dəfə çoxdur.

Məcmu kapitalın həcmi 51,4 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlığı 32 %, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 1,6 % səviyyəsində olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Cəmi bank öhdəliklərinin həcmi  13 % artaraq, 296,1 milyon manat təşkil etmişdir.

Bank 154,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 47,7 milyon manatı əhalinin müddətli əmanətləridir.

Aktiv plastik kartların sayı 41 985 ədəd olmuşdur ki, bu da ötən ilə nisbətən 8% çoxdur.

Bankın müştərilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq, 63 389 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et