Müəllif: Gülnar Əhmədli Banco.az
2024-cü ilin birinci yarısında Azər Türk Bank-ın xalis mənfəəti 13 milyon 550 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin göstəricisi ilə müqayisədə 6,3 milyon manat və ya 89,5% çoxdur.
Bu ilin iyulun 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 496 milyon 59 min manat təşkil edib. Bu da illik müqayisədə 76% çoxdur.
Belə ki, ötən ilin yanvar-iyun aylarında Bankın aktivlərinin həcmi 849 milyon 859 min manata bərabər olub.
Hesabat dövründə bankın kredit portfeli isə 751 milyon 594 min manat olub. Azər Türk Bank-ın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 84,7% artım göstərib.
Bankın kredit portfelinin 267 milyon 945 min manatını istehlak kreditləri, 298 milyon 288 min manatını biznes kreditləri, 185 milyon 361 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib.
Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 891 milyon 772 min manat təşkil edib. Depozit porfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən Azər-Türk Bank-ın səhmlərinin 75 faizi dövlətə məxsusdur.
Bizi sosial şəbəkələrdən izləyin!!