Azər Türk Bank-ın depozit portfeli 2,2 dəfə artıb | Banco.az

Azər Türk Bank-ın depozit portfeli 2,2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azər Türk Bank-ın xalis mənfəəti 18 milyon 371 min manat təşkil edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin göstəricisi ilə müqayisədə 7,9 milyon manat və ya 75% çoxdur.

Bu ilin oktyabrın 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 548 milyon 469 min manat təşkil edib. Bu da illik müqayisədə 79,3% çoxdur. 

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Bankın aktivlərinin həcmi 863 milyon 329 min manata bərabər olub.

Hesabat dövründə bankın kredit portfeli isə 779 milyon 326 min manat olub. Azər Türk Bank-ın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 344 milyon 407 min manat və ya 79,2% artım göstərib. 

Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 928 milyon 393 min manat təşkil edib. Depozit portfeli 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,2 dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et