Müəllif: Gülnar Əhmədli Banco.az
2025-ci ilin birinci rübündə Azər Türk Bank-ın xalis mənfəəti 3 milyon 828 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin aprelin 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 956 milyon 59 min manat təşkil edib.
Bankın aktivləri illik müqayisədə 497 milyon 527 min manat və ya 34% artıb.
Hesabat dövründə bankın kredit portfeli isə 806 milyon 441 min manat olub. Azər Türk Bank-ın kredit portfeli 2024-cü ilin eyni dövrünə nəzərən 132 milyon 31 min manat və ya 19,6% artım göstərib.
Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 1 milyard 382 milyon 231 min manat təşkil edib. Depozit portfeli illik müqayisədə 470 milyon 54 min manat və ya 1,5 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!