Azər-Türk Bank ilin ilk 9 ayında mənfəətdədir - HESABAT | Banco.az

Azər-Türk Bank ilin ilk 9 ayında mənfəətdədir - HESABAT

Azər-Türk Bank 2017-ci ilin 1 oktyabr tarxininə maliyyə nəticələrini açıqlayıb. Bankın cəmi aktivləri sözügedən dövrə 295,206 mln.manat təşkil edib.

Bankın aktivlərinin 115,49 mln. manatını və yaxud 39,1%-ni müştərilərə verilmiş kreditlər təşkil edib və bankın kredit portfelində 22,6% azalma müşahidə olunub.

Hesabat dövründə Azər-Türk Bank-ın cəmi öhdəlikləri 241,767 mln. manat təşkil edib ki, onun da 187,589 mln.manatı depozit portfelinin payına düşüb. Bankın cəmi kapitalı  53,44 mln. manata düşüb.

Bu ilin yanvar-sentyabr aylarında "Azər-Türk Bank"ın faiz gəlirləri 12,688 mln. manat, faiz xərcləri 4,209 mln. manat, qeyri-faiz gəlirləri 6,543 mln. manat, qeyri-faiz xərcləri 15,084 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 62 min manat olub.

"Azər-Türk Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 190 min manat qənaət edib və ilin ilk 9 ayını 128 min manat xalis mənfəətlə başa vurub.