Azər Türk Bank dövlət bankı oldu | Banco.az

Azər Türk Bank dövlət bankı oldu

Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədəki dövlət banklarının sayı 2-yə çatıb. Səhmlərinin 50%-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən alınan Bank bundan sonra dövlət bankı hesab olunacaq. Ümumilikdə isə bankların cəmi sayı 44-dür və onlardan 42-i kommersiya bankıdır. 

Hal-hazırda Azər Türk Bankın səhmdarları  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya-dır(4.00%) .

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu vaxta qədər yalnız Azərbaycan Beynəlxalq Bankı dövlət bankı hesab olunurdu.

Bankın nizamnamə kapitalı 12.242.908,00 AZN;

Məcmu kapital     17,294,472.72 AZN  təşkil edir.