Baş ofis. Korporativ Bankçılıq Departamentinin Sənədli əməliyyatlar şöbəsində mütəxəssis
Namizədə olan tələblər
- Ali təhsil
- Azərbaycan və rus dillərini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
- Komanda tərkibində işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı
- Qarantiya və Akkreditivlərlə minimum 1 illik iş təcrübəsi
- MS Office proqramlarından istifadə bacarığı
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Vəzifə öhdəlikləri
- Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək
- Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq
- Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq
- Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işə aid digər qayda və təlimatları aktiv şəkildə öyrənmək
- İşə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq
- Korporativ Xidmətlər üzrə bankın filial və departamentlərin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək
Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.