Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasını davam etdirir | Banco.az

Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasını davam etdirir

Dövlət bankı Azər Türk Bank  sentyabr ayından etibarən başlatdığı “Bu fəsil istədiyini al!” kampaniyasını davam etdirir.

Kampaniyanın əsas məqsədi, kredit əldə etmək istəyən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

29 noyabr tarixinədək davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə  3%-dək endirim tətbiq edilir. Həmçinin müştərilər kampaniya çərçivəsində 48 ay müddətinə kredit əldə etmək imkanı qazanacaqlar. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 17%-dən başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Bank göstərilən tarixlər ərzində zaminsiz verilən kreditin məbləğinin 15 000 (on beş min) AZN səviyyəsinədək artırılması barədə qərar vermişdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et