AZAL Moldovanın paytaxtına həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb | Banco.az

AZAL Moldovanın paytaxtına həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişineu şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.

Uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Biletləri www.azal.az saytı, aviaşirkətin mobil tətbiqetməsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram