AZAL-ın biletləri 14 müxtəlif valyutada satılır | Banco.az

AZAL-ın biletləri 14 müxtəlif valyutada satılır

2018-ci ildə Azərbaycan Mərkəzi Bankının yaratdığı “Banklararası Kart Mərkəzi”nin (BKM) imkanlarından istifadə edilərək banklar arasında tariflərə (interçeync) yenidən baxılıb və “ASAN Xidmət” mərkəzlərində Hökumət Ödəniş Portalı üzərindən aparılan əməliyyatlar üzrə tariflər ləğv edilib.

Məlumatda deyilir ki, ölkədə emissiya edilmiş ödəniş kartları ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) biletlərinin 14 müxtəlif valyutada satışına imkan yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il BKM üzərindən 10,4 milyon kart əməliyyatı aparılıb, əməliyyatların məbləği 990 milyon manat, 5,4 milyon ABŞ dolları və 2 milyon avro təşkil edib. 2017-cı illə müqayisədə manat əməliyyatlarının məbləği 38,3%, dollar əməliyyatlarının məbləği 55,55%, avro əməliyyatlarının məbləği isə 65% artıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et