Azad edilmiş rayonlarda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb | Banco.az

Azad edilmiş rayonlarda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb

2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 2157 yeni fərdi sahibkarlıq subyektləri yaradılıb.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən il azad edilmiş rayonlarda 797 yeni iş yerləri açılıb. Yeni yaradılan müəssisə və təşkilatların sayı isə 101-ə bərabər olub.

Qeyd edək ki, ötən il ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, 2022-ci ildə Ağdam rayonunda 184 yeni iş yeri və 775 fərdi sahibkarlıq subyekti yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Ən sərfəli krediti almaq üçün müraciət et