“Bank Standard” QSC-nin əmanətçilərinə kompensasiya ödənişinə oktyabrın 11-də başlanacaq.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dövlətdən 10 il müddətinə, illik 0,15%-lə 460 mln. manat borc alınacaq.
A.Cavadov onu da əlavə edib ki, hazırda rəhbərlik etdiyi qurumun sərəncamında 33 mln. manat vəsait var: "Lakin Fondun hazırda kompensasiya ödənilən 9 bankın əmanətçilərinə də borcu elə 33 mln. manat təşkil edir".
Mənbə : report.az