Aysel Novruz: "Hələ açılmamış cığırların varlığına inanıram" | Banco.az

Aysel Novruz: "Hələ açılmamış cığırların varlığına inanıram"

Digital Marketinq Konfransının (DMC2017) daha bir gözəl xanım  spikeri, Fransız akademiyasının təsisçisi Aysel Novruz ilə DMC 2017 ərəfəsində müsahibə:

  • Aysel xanım, mümkünsə öncə oxucularımız üçün özünüzü qısaca təqdim edin, amma orijinal və yadaşlardan silinməyən bir şəkildə.

Mən Aysel Novruz. Estebana məktub göndərən madmuazel. J

  • Marketinqi sizə yaxın edən nədir?

Ehtiyac təbii ki. Bu gün hər hansı bir məhsulun satışında pərakəndəlik deyil, bəlli bir yolu tutmaq lazımdır uğurlu olasan deyə. Və bir şirkət sahibi kimi mənim marketinq alətlərindən istifadə etməm qaçınılmaz idi.

  • Rəqəmsal marketinq sizin işinizlə nə qədər əlaqəlidir?

Demək olar ki bu gün biz bütün tanıtım, məlumatlandırma proseslərini sosial şəbəkələrdən istifadə edərək həyata keçiririk. Bu bizim müştəri ilə istənilən zaman istədiyimiz yaxınlıqda təmas üçün ən əlverişli müstəvidir.

  • #ayno hashtag-ı necə yarandı?

Ad və soyadımın ilk hərfləridir. Bu həm də ingilis dilindən tərcümədə “mən bilirəm” mənasını da verir ki, bu da  hər zaman bildiyim bir şey haqda yazmağıma eyhamdır. J

  • Gündəlik həyatınızada personal marketinqdən istifadə edirsinizmi?

Yox açığı, buna heç vaxt ehtiyac olmayıb. Amma o fakt da danılmazdır ki virtual həyatdakı statusum  real həyatıma da birbaşa təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

  • DMC2017-də çıxışınızın əsas səbəbi  nədir və bu çıxış iştirakçılara nə verəcək sizcə (mövzunuzla bağlı nə deyə bilərsiniz?)

Bir şirkəti əldə heç bir şey olmadan necə tanıtmaq, uğurlu etmək olar və marketinqin bunda hansı rolu var, bu haqda danışacam. Və təbii ki, çıxışımda öz şəxsi təcrübəmə əsaslanacam. Mən marketoloq deyiləm, dolayısıyla oxuyub tətbiq etməmişəm, təcrübələr əsasında bir nəticəyə vararaq daim ən optimal və uğurlu vasitələri seçməyə çalışmışam. Və bugünkü vəziyyət onu göstərir ki seçimləırimdə yanılmamışam.

  • Bəs, sizin tədbirdəki əsas favoritləriniz kimlərdir, bir dinləyici kimi qaçırtmaq istəməzdiniz?

Yalan deməyəcəm. Sadəcə Mehriban Həsənovanı tanıyıram, inanıram da ki, onun çıxışı maraqlı olacaq.

  • Bu gün marketinq əhlinin nəyə ehtiyacı var?

.Bu gun Azərbaycanda hər kəsin nəzakət və mədəniyyətə ehtiyacı var. Bunlar olduqdan sonra yerdə qalan yalnışları düzəltmək çətin olmur.

  • Sonda tədbir iştirakçılarına və ümumiyyətlə oxucularımıza vermək istədiyiniz bir mesaj varmı?

Mən hələ açılmamış cığırların varlığına inanıram. Ən yaxşı yol özünün tapdığın yoldur. Kreativ olmağı sevirəm deyə başqası üçün də bunu arzulayıram.

Müsahibə üçün təşəkkürlər.

Könül Soltanova, Banco.az