AYİB Türkiyədə zəlzələ bölgəsinə 1,5 milyard avro sərmayə yatırmağı planlaşdırır | Banco.az

AYİB Türkiyədə zəlzələ bölgəsinə 1,5 milyard avro sərmayə yatırmağı planlaşdırır

Müəllif - Aida İsaq, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı Türkiyənin zəlzələlərdən zərər çəkmiş bölgəsinə iki il ərzində 1,5 milyard avroya qədər sərmayə yatırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, müvafiq addım zəlzələlərdən zərər çəkmiş şəhərlərdə insanların həyat tərzinin yaxşılaşdırılmasını və iş yerlərinə dəstək olaraq region iqtisadiyyatının bərpasını, yenidən qurulmasını stimullaşdırmaq məqsədi daşıyır. Beləliklə, bankın dəstəyi, yerli banklara ayrılan 600 milyon avro dəyərində kredit xətləri, həmçinin regionda bərpa işlərində iştirak edən şirkətlər üçün nəzərdə tutulan yeni kreditlərin özəl sektorun rolunu gücləndirəcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram