Müəllif: Tamara Mustafayeva, Banco.az
AYİB Türkiyənin cari il üzrə artım proqnozunu yuxarı çəkib.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin 2023-cü il üçün ÜDM artım proqnozunu may ayında açıqladığı 2,5 faizdən 3,5 faizə qədər yenidən nəzərdən keçirib.
İlin ikinci yarısında artımın yavaşlaması gözlənilsə də, 2023-cü il üçün ümumilikdə yuxarıya doğru nəzərdən keçirilmə edilib.
AYİB 2024-cü il üzrə artım proqnozunu isə 3 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, inkişaf etməkdə olan Avropa, Mərkəzi Asiya və Şimali Afrika ölkələrindən ibarət geniş coğrafiyada fəaliyyət göstərən AYİB bu gün dərc edilən “Regional İqtisadi Görünüş” hesabatında sözügedən regionlarda artımın 2023-cü ildə orta hesabla 2,4 faizə qədər azalacağını da proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!