AYİB "Energokredit" layihəsini təqdim elədi | Banco.az

AYİB "Energokredit" layihəsini təqdim elədi

Bu gün AYİB Azərbaycanda kiçik və orta müəssisələrdə, yerli şirkətlər və ev təsərrüfatlarında enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq üçün "Energokredit" layihəsini təqdim etdi.

Qafqaz Regionunda Enerji Səmərəliliyi Proqramının AYİB Azərbaycanda kiçik və orta müəssisələrdə, yerli biznes və ev təsərrüfatlarında enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq məqsədilə ölkəmizdəki banklara “Energocredit” adı altında 10 milyon ABŞ dolları həcmində kredit xəttinin açılmasını elan edir. Ümumilikdə Qafqaz regionu üçün bu məbləğ 125 mln ABŞ dolları təşkil edir. 

Energocredit layihəsinin rəsmi təqdimatı 25 noyabr 2014-cü il tarixində Four Seasons Baku otelində baş tutdu.

Açılış nitqi ilə AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Nil MakKeyn çıxış etdi. O, bildirdi ki, bu layihə olduqca önəmlidir. Qafqaz regionu üçün 125 mln dollarlıq kredit xətti ayrıldığını bildirən Makkeyn söylədi ki, Layihə üçün enerji effektivliyi prioritetdir. AYİB 2006-cı ildən bəri bu cür layihələr keçirir. Hal-hazırda layihədə 40-dan çox mütəxəssisin olduğu bildirildi. Eyni zamanda o, qeyd etdi ki, ümumilikdə layihəyə 13 mlrd ABŞ dolları vəsait qoyulmuşdur. 

Tədbirdə həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin təmsilçisi, Avstriya Maliyyə Nazirliyinin nümayəndəsi Leander Treppel və habelə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Anna Malena Mard məruzəçi qismində çıxış etdi. 

Ən sərfəli kredit üçün müraciət et

Təqdimatda bildirildi ki, Azərbaycan şirkətlərinin 5%-dən azı innovasiya metodunu seçir. Yerli Qrup rəhbəri Nazim Məmmədov bu tip layihənin ölkəmizdə heç vaxt keçirilmədiyini və uğurlu nəticələrin əldə ediləcəyini bildirdi. 

Üç yerli bank - Dəmirbank, Muğanbank və AccessBank artıq proqramdan istifadə etməkdədirlər, Unibank isə qoşulmaqda maraqlıdır. 

Bu səbəbdən bankların nümayəndələri də öz çıxışlarında bu mövzuya toxundu. Təqdimat Nazim Məmmədov və Neil Makkeynin son çıxışları ilə başa çatdı.

Bildirmək istərdik ki, proqram 20 ölkədə 85-dən çox bank tərəfindən qəbul edilmişdir. İndiyədək 70 min layihə keçirilib. Kredit regionda dayanıqlı enerji investisiyaların yayılmasına dəstək olan AYİB-nın Dayanıqlı Enerji Təşəbbüsünə öz töhfəsini verəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et