Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb.
Bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.
Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4,6% müəyyən etmişdi. Bank hesab edir ki, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması, yəni iqtisadi artıma əsas risklər davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlıdır.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!