AYİB Azərbaycanda ümumi daxili məhsulun artımını proqnozlaşdırır | Banco.az

AYİB Azərbaycanda ümumi daxili məhsulun artımını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ilin yekunlarına əsasən Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,8 artacağını gözləyir.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə ölkə ÜDM-i 2,4 faiz artacaq.

Hesabata əsasən, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə başlamış bərpası 2019-cu ildə də davam edir.

Bu ilin ilk 8 ayı ərzində ÜDM illik müqayisədə 1,4 faizdən 2,4 faizədək yüksəlib. Buna qeyri-neft sektorunun hesabat dövründə 1,9 faizdən 3 faizədək artması kömək edib.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü dövrün sonuna olan vəziyyətə görə, qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı və xidmətlər sahəsində istehsalın artımı göstəriciləri müsbətdir. Bundan başqa, kredit aktivliyi bərpa olunur, 2019-cu ilin yanvar-avqust aylarında inflyasiya aşağı səviyyədə - 2,6 faiz səviyyəsində qalıb. Bu, Mərkəzi Banka uçot dərəcəsini 200 baza punktu azaltmağa imkan verib.

Bundan əvvəlki hesabatda qeyd olunurdu ki, neft qiymətlərinin artımının dəstəklədiyi sabit məzənnə fonunda inflyasiya orta hesabla 2017-ci ildəki 12,9 faizdən 2018-ci ildə 2,3 faizədək azalıb.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et