AYİB 2023-cü ildə Türkiyəyə rekord məbləğdə maliyyə ayırıb | Banco.az

AYİB 2023-cü ildə Türkiyəyə rekord məbləğdə maliyyə ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Türkiyəyə rekord məbləğdə maliyyə ayırıb.

Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) fevral ayında baş verən zəlzələlərdən sonra yenidənqurma ehtiyaclarına yönəlmiş layihələrin də təsiri ilə ötən il Türkiyəyə 2,48 milyard avroluq rekord investisiya yatırıb.

Bununla da, Türkiyə AYİB-in 2023-cü ildə sərmayə qoyuluşu etdiyi bütün iqtisadiyyatlar arasında ən çox investisiya alan ölkə olub.

Xatırladaq ki, AYİB 2022-ci ildə Türkiyəyə 1,63 milyard avro, 2021-ci ildə isə 2 milyard avro sərmayə qoyub.

Ən sərfəli kredit üçün müraciət et

AYİB fevral ayında Türkiyəni sarsıdan zəlzələlərdən sonra özəl sektorun inkişafı və yaşıl transformasiyaya dəstək vermək üçün addımlar atmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et