İnsanlar elə həmin anda artıq uduzmuş olurlar. Ümidləri yarıya qədər azalır. Özlərinə inamları azalır və ən qorxulusu da hərəkətə keçmək var ikən oturub nəyisə gözləyirlər. Bilirsiniz bu nə zaman baş verir? Kimdənsə gəlib sənin yerinə hansısa işi görəcəyini gözləyəndə. Halbuki belə bir şey yoxdur!
Heç kim sənə görə hansısa işini saxlayaraq gəlib sənin işini etməyəcək. Məcbur deyil, borclu deyil və ən azından bunu anlamaq lazımdır ki, o sənin kimi o işi duymayacaq.
Bizi daima uğura, irəliyə aparacaq prinsiplərdən biri də - “Heç kimdən heç nə gözləməmək”dir. Elə buna görə də bu mövzuya toxunmaq istədim. Heç şübhəsiz ki, Türkiyənin ən uğurlu insanlarından biri də Cem Yılmazdır. Bu yaxınlarda qulaq asdığım Cem Yılmazın “Şansmı yoxsa əməkmi?” sualına verdiyi cavabı sizin ilə bölüşmək istəyirəm.
Mən qısaca toxunuram və əgər maraqlıdırsa videoya daxil olaraq baxa bilərsiniz. Cem deyir: Karikatura ilə məşğul idim. Bir gün dostlarım arasından kiçik bir qrupa çıxış etdim. Çox bəyəndilər. Yenə danışarsanmı? dedilər. Bir dəfə də danışdım. Danışırdım və yenidən işimin başına qayıdırdım. Sonra həmin adamlar yeni adamlar gətirdilər ki, gedək Cemə qulaq asaq və beləliklə dinləyici kütləsi böyüdü. Sonra Cem əlavə edir: “Burda şans faktoru görmürəm, ancaq ola bilər ki, o zaman səhnəyə çıxanda ağlıma gələn gülməli fikirlər şans imiş”. Sonra isə gülür...
İnsanlar hərəkət etmədən, bir şeylər etmədən nəsə əldə etmək istəyirlər. Ən asanı nədirsə ona qaçmaq istəyirlər. Bu yerdə ağlıma lap bu foto gəldi.
Bəzən də insanlar vardır ki, hər hansısa bir biznesi, proyekti həyata keçirməyə qərar verir. Heç bir və yaxud iki ay olmur ki, qazanc əldə etməyən kimi “Bu işdə qazanc yoxdur” deyərək qırağa qoyur. Hədəfli və məqsədli şəkildə görülən hər bir işdə qazanc var. Buna mən çox inanıram.
Gələk mövzuya, gördüyümüz işinin, etdiyimiz fəaliyyətin heç bir fərqi yoxdur. Uğur qazanmaq istəyirikmi, nailiyyətlərimizin olmasını istəyirikmi, daha çox qazanmaq istəyirikmi, biznesimizi böyütmək istəyirikmi, yaxşı vücuda sahib olamaq istəyirikmi, yaxşı musiqi alətlərində ifa etmək istəyirikmi və s. heç bir fərqi yoxdur, əgər bunları istəyiriksə nə ata, nə qardaş, nə dost, nə müdir, nədəki hansısa bir yoldaşdan heç nə unmayacağıq.
Sadəcə etmək gərəkən düzgün plan, düzgün məqsəd təyin etməkdir. Ayağa durmaq, elə bu dəqiqə durmaq və çalışmaq lazımdır...
Hər kəsə uğurlar diləyirəm...
Müəllif: Cavid Abasov